Qətərdən sərt ismarıc: “Bu bir terror faktıdır”
18.07.2017 12:08 Dünyadan reaksiya 1378
Qətər Prokurorluğu rəsmi Dohaya qarşı kiberhücum təşkil edənlərin beynəlxalq orqanlar tərəfindən mühakimə olunması üçün qanuni yollara əl atacaq.
Bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani söyləyib.
"Körfəz ölkəsi tərəfindən həyata keçirilən bu cinayət beynəlxalq kiber terror cinayətləri kateqoriyasına daxildir. Bu, beynəlxalq hüquqa qarşı açıq şəkildə bir pozuntudur”, - deyə nazir bildirib.
Qeyd edək ki, bundan öncə Qətərə qarşı bir müddət əvvəl təşkil edilmiş kiberhücumun arxasında Birləşmiş Ərəb Əmirliyinin dayanması haqqında məlumat yayılmışdı.
Şərhlər