ABŞ-ın Kobanidə gizli hərbi bazasının mövcudluğu təsdiqləndi

18.07.2017 15:52     Dünyadan reaksiya     1508

Türkiyə sərhədlərinin 27 km-də yeni təhdid yarandı

Almaniyanın “Bild” qəzeti Suriyanın şimalında, daha çox Kobani kimi tanınan Ayn Əl Ərəb şəhərində ABŞ hərbi bazasının peyk görüntülərini yayımlayıb.

Bununla bağlı xəbərlər daha öncələr çıxmışdı. Lakin “Bild”in yayımladığı yeni peyk şəkilləri hərbi bazanın mövcudğulunu əyani şəkildə təsdiqləyir.

Qəzetin yazdığına görə, hərbi bazanın tikilməsi faktı bölgədə ciddi siyasi rezonans doğurmaq üçün əsasdır.

“Bild” qəzetinin jurnalisti Yulian Repke məsələ ilə bağlı İŞİD-lə mübarizə aparan İnherent Resolve beynəlxalq missiyasına (“Sarsılmaz qərarlılıq” ABŞ v müttəfiqlərinn İŞİD-ə qarşı həyata keçridiyi əməliyyatın adıdır-red.) sorğu da göndərib. Lakin missiya rəhbərliyi qəzetin suallarını cavablandırmaqdan boyun qaçırıb.

Qəzetdə gedən məlumata görə, təxminən 235 futbol meydançası böyüklükdə olan bazanı nə Google Maps, nə də Micrisoft Bring, nə də Yandex xəritələrində tapmaq mümkün imiş.

Peyk görüntüləri isə olduqca ziddiyyətli kadrlarla doludur. Əgər iyul ayında Google Maps sadəcə çılpaq səhranı göstərirsə, TERRA serverinin may şəkillərində bazanı aşkar surətdə müşahidə etmək olar.

4.bild.png (2.66 MB)

Qəzetin verdiyi məlumata görə, hərbi bazanın tikintisinə hələ Barak Obama dövründə, 2016-cı ilin mayında başlanılıb. Hazırda onun ümumi sahəsinin 1,6 milyon kvadrat metr olduğu təxmin edilir. “Bild” TERRA peyklərindən aldığı şəkillərlə hərbi ekspertlərlə birlikdə bazanın ümumi strukturunun təhlilini də həyata keçirib.

Bazada yüzlərlə əsgərin qalması üçün kazarmalar, 40-da çox hərbi texnikanın yerləşməsi ilə bağlı avtopark, nəqliyyat təyyarələrinin hazırlanması üçün infrastruktur mövcuddur. Məhz bu baza ABŞ-ın Suriyadakı əməliyyatlarda güvəndiyi və əsasən kürd, bir qədər də ərəb birliklərdən təşkil olunan “Suriya Demokratik Gücləri”nin (SDF) ən möhkəm qalası hesab oluna bilər.

Baza C-130 və C-17 hərbi təyyarələrini rahatlıqla qəbul edə bilir. Bundan başqa avibazaya 53 metrlik C-17 Goldmaster təyyarələrinin enə bilməsi faktının özü onun əhəmiyyətini gözlər önünə sərir.

Картинки по запросу c-17 globemaster iii

Hərbi bazanın kənarlarında tikilən anqarlar intensiv uçuşlardan xəbər verir. Bu anqarların diametrinin 30 metr olması burada əsasən qırıcı təyyarələrin yerləşdirlicəyini nümayiş etdirir.

“Suriyanın şimalında bu böyüklükdə və müsair bazanın tikintisi hansı nəticələrə gətirib çıxara bilər?”, - qəzet bununla bağlı hərbi ekspertlərə müraciət edib.

Böyük Britaniyanın analitik “Henry Jackson Society” təşkilatının eksperti Kayl Ortonun söylədiyinə görə, hərbi obyektin böyüklüyü yalnız bir nəticəyə gəlməyə vadar edir: “ABŞ burada hələ uzun müddət qalmaq niyyətindədir”.

Картинки по запросу bild kobani USA base

Keçmiş hərbçi, hazırda Prime Source şirkətinin analitiki Maykl Horovitz isə ABŞ-ın bu baza ilə Suriyanın gələcək taleyinin müəyyyənləşdirilməsində həlledici səsə malik olmaq istədiyini söyləyir.

Kayl Orton ABŞ rəhbərliyinin bu addımının Türkiyə ilə ziddiyyətləri daha da dərinləşdirəcəyi düşüncəsindədir: “Baza Türkiyə sərhədlərindən cəmi 27 km aralıda yerləşir. Türkiyə isə “Suriya Demokratik Gücləri”ni PKK kimi terrorçu təşkilat hesab edir. İndi Türkiyə öz düşmənlərinin əlinə bu cür qalanın ələ keçməsini öz milli təhlükəsizliyinə təhdid olaraq görür və buna yönəlik cavab tədbirlərini hazırlayır”.

Heç SDF-nin özü bazanın anti-Türkyiə xarakterini gizlətmir də...

“Bild” bölgədəki kürd siyasətçilərdən Mustafa Abdi ilə görüşməyə müvəffəq olub. Mustafa Abdi bazanın Türkiyənin kürd silahlılarına qarşı hərbi əməliyyatlara başlamasının qarşısını almaqdan ötrü tikildyini tədiqləyib.

Картинки по запросу mustafa abdi SDF

“Bu bazada ABŞ komandanlığı altında SDF- əsgərlərinə hərbi təlimlər keçrilir”, - Mustafa Abdi bildirib.

Horovitz isə belə bir bazanı tikməklə ABŞ-ın Türkiyənin İncirlik bazası ilə bağlı təzyiqlərindən qurtulmaq istədiyini irəli sürüb. “Əgər həqiqətən bu bazada böyük hərbi nəqliyyat təyyarələri yerləşdirilə bilsə o zaman bu ABŞ-ın Suriya və İraqdakı fəaliyyətinin əsas qalasına çevriləcək, o aman İncirlik”i də rahatlıqla tərk etmək mümkün olacaq”, - ekspert qeyd edib.

Onu qeyd edək ki, bu cür xəbərin Almaniyanın “Bild” qəzetində çıxması təsadüf deyil. Türkiyə uzun müddətdir ki, Almaniya ilə diplomatik münaqişə içindədir və alman siyasətçilərini İncirlik bazasına buraxmır.

Reaksiya.az

Şərhlər