Türkiyədə 4 bal gücündə zəlzələ olub

23.07.2017 12:04     Dünyadan reaksiya     1416

Türkiyənin Çanaqqala şəhərində yerli vaxtla saat 01:12-də 4 bal gücündə zəlzələ baş verib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Çan rayonunda, ocağı isə 14,55 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

Reaksiya.az

Şərhlər