ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır
23.07.2017 12:34 Dünyadan reaksiya 1359
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.
“KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan “S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar, bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, - deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin “S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.
“Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub, yalnız inzibati məsələlər qalmaqdadır.
Şərhlər