Çindən Hindistana xəbərdarlıq

24.07.2017 12:19     Dünyadan reaksiya     1299

Hindistan Tibet muxtariyyatından öz ordusunu çıxarmalıdır.

 Bunu jurnalistlərə açıqlamasında Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan söyləyib.

“Biz Hindistandan tələb etmişik ki, provokasiyaları dayandırıb, səhvlərini düzəltsin. Hindistan bizimlə görüşüb, sərhəddə sülh bərpa etməlidir. Çin ordusu öz ölkəsinin suverenliyini qorumağa qadirdir”, – Tsyan bildirib.

Qeyd edək ki, Hindistan Tibetlə sərhəddə bir müddət öncə iki yeraltı sığınacaq yerləşdirib. Çin bu sığınacaqların öz ərazisində yerləşdiyini və onun sökülməsi gərəkdiyini tələb edib. Bundan sonra Çin ordusu iyunun 6-sında həmin sığınacaqları söküb. Bu isə tərəflər arasında qısamüddətli toqquşmaya səbəb olub. Nəticədə hər iki ölkənin ordusundan ölənlər olub.

Reaksiya.az

Şərhlər