İsrail geri addım atdı
25.07.2017 13:38 Dünyadan reaksiya 1400
Rəsmi Təl-Əviv qərarını dəyişib
İsrail dövləti beynəlxalq təzyiqlərə tab gətirməyərək, Əl-Əqsa məscidində quraşdırdığı metal axtaran qurğuları sökməyə başlayıb.
Reaksiya.az sputnik-ə istinadən xəbər verir ki, aparatlar sökülsə də, təhlükəsizlik kameraları məscidin həyətində qalmaqda davam edəcək.
Xatırladaq ki, iyulun 14-də İsrail polisinin namaz qılmaq istəyən fələstinli 3 gənci öldürməsindən sonra, qəzəblənən kütlə iki polisi öldürmüş, bunun üzərinə İsrail hökuməti Əl-Əqsa məscidi ətrafında metal axtaran qurğular quraşdırmışdı. Bu isə yerli və dünya müsəlmanlarının qəzəbinə səbəb olmuşdu.
Şərhlər