Türkiyəni növbəti terror dalğası bürüyüb - VİDEO

30.07.2015 03:48     Dünyadan reaksiya     2367

Türkiyənin Diyarbakır şəhərində Çinar məhəlləsində patrul vəzifəsini icra edən polis avtomobilinə təşkil edilən silahlı hücumda ağır yaralanan polis məmuru Mehmet Uyar aparıldığı xəstəxanada şəhid olub. Hücumda yaralanan 1 vətəndaş da dünyasını dəyişib. Yaralanan digər şəxsin müalicəsi isə davam edir.

Rayon ərazisində Xüsusi təyinatlı polislər və Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən geniş miqyaslı əməliyyat başlayıb.

Hakkaridə isə  polislərin yaşadığı binaya səs bombası atılıb.

Hakkarinin Bercelan məhəlləsində səs bombası və molotov kokteyli atan qrupa polis gözyaşardıcı qazla müdaxilə edib. Bu arada, polis binasının arxasındakı quru otlar da od tutub və nəticədə yanğın başlayıb. Yanğın xilasetmə qrupları tərəfindən qısa müddətdə söndürülüb.

Şərhlər