Yaponiyanın Kyuşu adasına daşqınlar nəticəsində bir milyard dollardan çox ziyan dəyib
25.07.2017 14:46 Dünyadan reaksiya 1164
Leysan yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində Yaponiyanın Kyuşu adasına bir milyard dollardan çox ziyan dəyib. Yerli hakimiyyət orqanlarının dərc etdiyi məlumatda həmin məbləğin artacağı bildirilir.
Kyodo agentliyinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, əsasən Fukuoka və Oiçi prefekturalarına dəyən zərərin ümumi məbləği milli valyuta ilə 119,7 milyard yen təşkil edir.
Xəbər verdiyimiz kimi, adaya yağan leysan yağışları nəticəsində baş verən daşqınlar 35 nəfərin ölümünə, 10 nəfərin isə itkin düşməsinə səbəb olub.(azərtac)
Şərhlər