ABŞ-dan Ermənistana absurd maliyyə yardımı
26.07.2017 12:51 Dünyadan reaksiya 1371
Birləşmiş Ştatlar Ermənistana ayrılan maliyyə yardımını üç dəfədən də çox azaldıb, lakin əvəzində ona Suriya qaçqınları üçün vəsait ayırmağı planlaşdırıb
ABŞ 2018-ci il üçün Ermənistana 6,2 milyon dollar maliyyə yardımı ayırıb. Bu barədə Amerika Ermeni Assambleyasının (AAA) rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, ABŞ Ermənistana 2016-cı ildə 20,4 milyon dollar məbləğində yardım ayırıb. ABŞ 2018-ci il üçün Ermənistana maliyyə yardımını 3 dəfədən çox azaldıb.
Bununla belə, Ermənistan ABŞ-dan Suriya qaçqınlarına yardım məqsədilə maliyyə alacaq.
AAA bildirib ki, ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi 2018-ci il üçün "Dövlət, xarici əməliyyatlar və onlarla bağlı proqramlar üzrə ayırmalar haqqında" (SFOPS) qanun layihəsi qəbul edib.
Layihəyə əsasən ABŞ SFOPS çərçivəsində o ölkələrə 47 mlrd dollar ayıracaq ki, onlar Suriyada hərbi əməliyyatların başlanmasından etibarən suriyalı qaçqınları qəbul ediblər. Qanun layihəsi eyni zamanda Suriya və onun qonşuluğundakı dövlətlərdə yaşayan xristian azlıqlar üçün ayrılan vəsaitləri də artırmağı nəzərdə tutur.
AAA öz bəyanatında qeyd edib ki, Suriyadakı erməni icması "ən müdafiəsiz etnik və dini azlıq" olaraq qalır və münaqişə nəticəsində dünyanın hər yerinə səpələndiyi üçün Suriya ermənilərinin bu gün yardıma çox böyük ehtiyacları var.
Məlumatda o da qeyd olunur ki, guya Ermənistan Suriya böhranı başlayandan bu günə qədər 20 min suriyalı qaçqını qəbul edib. Bu ilin aprelində ABŞ Konqresinin Erməni-Amerika Dostluq qrupu və Amerikanın Ay Data Komissiyası Ermənistanı "qaçqınlar üçün xüsusi təhlükəsiz ərazi" elan etmək təşəbbüsü ilə çıxış ediblər. Bu isə Ermənistana digər ölkələr və beynəlxalq donor təşkilatlar tərəfindən maliyyə yardımı ayrılmasını özündə ehtiva edir.(sputnik)
Şərhlər