ABŞ Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirdi
26.07.2017 13:13 Dünyadan reaksiya 1208
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Nümayəndələr Palatasında qanun layihəsi səs çoxluğu ilə qəbil edilib. Belə ki, 419 səs qanun layihəsinin lehinə, 3 səs əleyhinə olub.
Qeyd edək ki, bundan sonra sənədə Senatda baxılmalıdır.
Şərhlər