Ruslar daha 50 il Suriyadan çıxmayacaqlar
28.07.2017 13:37 Dünyadan reaksiya 1020
Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq
Rusiyanın hərbi hava bazası Suriyanın Latakiya bölgəsində daha 50 il fəaliyyət göstərəcək.
Məlumata görə, Rusiya ilə Suriyadakı Bəşər Əsəd rejimi arasında cari ilin yanvarında bağlanan müqavilə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Sənədə əsasən Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq. İki ölkə arasında razılaşdırılan sənədi Rusiya Dövlət Duması da təsdiqləyib.
Şərhlər