Almaniya ABŞ-a qarşı çıxdı
28.07.2017 15:39 Dünyadan reaksiya 1134
ABŞ Senatının Rusiya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməsi qəbulolunmazdır.
Reaksiya.az azvision.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib.
Onun sözlərinə görə, bu Avropa şirkətlərinin maraqlarına toxunur. O, qeyd edib ki, ABŞ prezidenti Donald Trampın qərarı işlərin bundan sonra necə inkişaf edəcəyini göstərəcək.
Qeyd edək ki, həftənin əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. 419 konqresmen qanun layihəsinin lehinə, üç nəfər əleyhinə səs verib. On iki konqresmen isə bitərəf qalıb.
Qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Donald Trampa göndərilib. Tramp qanun layihəsinə veto qoya bilər. Lakin vetonun nəzərə alınmaması üçün Konqresin hər iki palatasında rəQəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.
Xatırladaq ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.smilərin 3də ikisinin layihəyə səs verməsi lazımdır.
Şərhlər