Antalyada hoteldə yanğın: 400 turist təxliyə edilib

29.07.2017 13:01     Dünyadan reaksiya     1443

Türkiyənin Antalya vilayətində mehmanxanaların birində yanğın baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

Qeyd olunub ki, yanğın zamanı 14 nəfər xəsarət alıb. Xəsarət alanlardan 4-ü Rusiya, 10-u Türkiyə vətəndaşıdır. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadaları cəlb olunub. Xilasedicilər mehmanxananın eyvanındakı turistləri də hadisə yerindən uzaqlaşdırıb. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar