ABŞ Şimali Koreyaya girəcək

02.08.2017 10:28     Dünyadan reaksiya     1758

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının silah yolu ilə həllinə hazırdır.

Bunu NBC televiziyasına müsahibəsində amerikalı senator Lindsi Qrem söyləyib.

“Tramp imkan verməyəcək ki, Pxenyan nüvə başlığı olan ballistik raketlər əldə etsin. Əgər müharibəyə ehtiyac olsa, bu da olacaq. Əgər minlərlə adam öləcəksə, onlar ABŞ-da yox, Şimali Koreyada öləcəklər. Tramp bunları birbaşa mənim üzümə söyləyib”, - Qarem bildirib.

Reaksiya.az

Şərhlər