Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı

11.08.2017 14:46     Dünyadan reaksiya     1667

Guam adası sahillərini 4 ədəd "Hwasong-12" raketləri ilə vuracaqlarını deyən koreyalı general, ABŞ rəhbəri Donald Trampı da "sərsəm" adlandırıb

ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya qarşı sərt açıqlamasına, Pxenyandan cavab gəlib. Bu dəfə Trampın cavabını hər hansı rəsmi şəxs yox, Ş.Koreya ordusunun generalı Kim Rak-Qyom verib. Sputnik Azərbaycan "ABC"-yə istinadən xəbər verir ki, general Qyom, Sakit okeanda yerləşən ABŞ-a məxsus Guam adasını avqustun ortalarında vuracaqlarını açıqlayıb. Ada sahillərini 4 ədəd "Hwasong-12" raketləri ilə vuracaqlarını deyən koreyalı general, ABŞ rəhbəri Donald Trampı da sərsəm adlandırıb.

"Ordumuz Guam adası sahillərini avqustun ortasında vurmağı planlaşdırır. Hər şey hazırdır. Prezident Kimin əmrini gözləyirik. Raketimiz havalandıqdan 17 dəqiqə 45 saniyə sonra Guam adası sahillərinə düşəcək. Tramp kimi sərsəmlər ancaq gücdən anlayar, onlarla dialoq mümkün deyil" — general bildirib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp, Şimali Koreyanın hər hansı hücumunda, ölkəsinin, dünyanın bundan əvvəl heç vaxt görmədiyi qəzəb və atəşlə cavab verəcəyini söyləmişdi.


Reaksiya.az

Şərhlər