Rusiya Polşanın cavabını verdi
13.08.2017 11:32 Dünyadan reaksiya 1612
II Dünya müharibəsinin hesabatı Qərb dövlətlərinin Almaniyaya Çexoslovakiyanın bir hissəsini ilhaq etməyə icazə verdiyi andan aparılmalıdır.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov Polşanın Xarici İşlər naziri Vitold Vaşikovskinin II Dünya müharibəsinin başlanmasında Rusiyanı ittiham etməsinə münasibət bildirərkən deyib.
“Xeyr, cənab Vaşikovski. II Dünya müharibəsinin başlanğıcını Münhendən - Qərbin Çexoslovakiyanı Hitlerə verdiyi və Polşanın da öz payını aldığı andan götürmək lazımdır”, - Puşkov bildirib.
Xatırladaq ki, Polşa hakimiyyəti ölkədə sovet dönəminə və Qızıl orduya dair abidələrin sökülməsi ilə bağlı qərar qəbul etmişdi.
Şərhlər