Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər

13.08.2017 11:39     Dünyadan reaksiya     1612

 ABŞ prezidenti Donald Tramp və Çin rəhbəri Si Çzinpin arasında telefon danışığı olub.

Bu barədə "Amerikanın səsi" xəbər verib.

Xəbərdə bildirilir ki, dövlət başçıları telefon söhbətinin gedişatında yenidən Koreya yarımadasının nüvə silahından azad zona elan edilməsi ilə bağlı ümumi mövqelərini bildiriblər.

Ölkə liderləri qeyd ediblər ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair yeni qətnaməsinin regionda sabitliyin və sülhə nail olmaq yolunda vacib və zəruri addım olması fikri ilə yekdildirlər.

Həmçinin xəbər verilir ki, liderlər Koreya yarımadasının denuklearizasiyasına sadiq olduqlarını təsdiqləyərək, Şimali Koreyanın təxribatçı və təzyiqi artıran hərəkətlərini dayandırması zəruriliyini qeyd ediblər. 

Şərhlər