İranda xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb
13.08.2017 16:50 Dünyadan reaksiya 1388
Bu gün İranın Dizful şəhərində xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb.
Apa-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızması baş verən anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.
Bundan əvvəl Dizful şəhərinin 362 sakininin xlordan zəhərləndiyi, onların əksəriyyətinin ilkin tibbi yardımdan sonra evə buraxıldığı, xəstəxanada 45 nəfərin qaldığı bildirilib.
Şərhlər