Əl Nüsra lideri İŞİD-ə meydan oxuyub

04.06.2015 12:10     Dünyadan reaksiya     888

Ya tövbə edin və mübarizəyə hazır olun

Suriyada prezident Bəşər Əsadə qarşı döyüşən Əl-Qaidə ilə əlaqəli Əl Nüsra Cəbhəsinin lideri Əbu Məhəmməd Əl Culaninin Əl Cəzirə televiziyasına verdiyi müsahibənin ikinci hissəsi yayınlanıb. İlk hissədə Şiələri və Qərbi hədəf almadıqlarını müdafiə edən Culani, bu dəfə də İraq Şam İslam Dövləti (IŞID) ilə sülhün mümkün olmadığını bildirib.

Qatarın Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edib Əl Nüsramı mülayimmiş kimi göstərməyə çalışdığı, amma təşkilatın hələ də IŞİD – lə əlaqəli olması ilə bağlı xəbərlər çoxalarkən, Əl Culaninin müsahibəsinin ikinci hissəsinin məhz bu suallara cvab mahiyyətində olması nəzərə çarpdı. İŞİD- lə döyüşməyə hazır olduqlarını bildirən Əl Culani, "Hal-hazırda və ya yaxın gələcəkdə İŞİD – lə Suriyada ortaq bir nöqtədə görüşməyimiz mümkün deyil. İnşallah tövbə edər və ağıllarını başlarına yığarlar. Əks halda döyüşməkdən başqa çarəmiz qalmır – deyə çıxışını davam etdirib.

Şərhlər

Çox oxunanlar