Mayk Pens: “ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək”
14.08.2017 12:23 Dünyadan reaksiya 1464
ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela böhranının dinc yolla həllini mümkün sayır.
APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, M. Pens bildirib ki, Venesuela diktatura yolundadır, lakin buna baxmayaraq, problemin sülh yolu ilə həlli mümkündür. O bəyan edib ki, ABŞ Venesuelada diktatorun ortaya çıxmasını qəbul etməyəcək və tezliklə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı bütün ssenariləri, o cümlədən hərbi əməliyyat variantını nəzərdən keçirdiklərini söyləyib.
Şərhlər