ABŞ Rusiya sərhədində hərbi texnika yerləşdirir
30.07.2015 12:03 Dünyadan reaksiya 2517

Latviyanın Müdafiə Nazirliyi ölkədəki Adazi bazasında ağır hərbi texnika yerləşdirilməsi məsələsində ABŞ ilə rəsmi müzakirələrin başlanıldığını açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Latviya Müdafiə Nazirliyindən edilən açıqlamada, "Müzakirələrə başlanılıb" deyilib, ancaq detallar haqda bilgir verilmir.
Həmçinin hansı hərbi təchizatdan söz edildiyi və sayı haqqında da heç bir məlumat verilməyib. Yerli mətbuatın xəbərinə görə, Amerikan təchizatı bu ilin sonuna qədər Latviyaya gətirilə bilər. 2004-cü ildə NATO-ya üzv olan Latviyada hazırda çevrilməli olaraq təxminən 150 Amerika əsgəri və NATO-ya aid hərbi təchizat yerləşib.
Şərhlər