Erməni komandirdən şok - Etiraflar
20.08.2017 13:38 Dünyadan reaksiya 1705
Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sərkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir.
Reaksiya.az AzVisions.az-a istinadən xəbər verir ki, Avetyan “Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sərkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib.
"Serj Sərkisyan bu gün ordunu öz şəxsi əmlakına çevririb. Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Deyirəm ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirir ki, “bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən "ətlik" olurlar. Biz heç nə edə bilmirik”.
Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin "Q" bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər?
Ermənistan prezidenti müharibə vəziyyətində hər kəsə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər”.
Müsahibin sözlərinə görə, Madagizin komandiri Harutyun Əmirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsində komandir təyin ediblər.
"Əmirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyəcan olub, Əmirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O, nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi?
Deyə bilərəm ki, Əmirxanyan Serj Sərkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideyinlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir.
O, ümumiyyətlə silahdan anlayışı olmayan Vigen Sərkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki Vigen Sərkisyan da Serj Sərkisyanın qohumudur. Sərkisyanın heç nədən xəbəri yoxdur. Vigen Sərkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsa gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil", - Qayane Avetyan deyib.
Şərhlər