Brüssel və Londonda ard-arda hücum
26.08.2017 12:27 Dünyadan reaksiya 1316
Belçika və Londonda əsgər və polislərə hücum təşkil edilib. Belçikanın paytaxtı Brüsseldə növbətçi 2 əsgərə kəsici alətlə hücum edilib və cinayətkar silahla vurulub. Xəstəxanaya çatdılan şəxsin vəziyyətinin ağır olduğu deyilir. Əl və üzlərindən xəsarət alan əsgərlərin vəziyyəti isə yaxşıdır.
İngiltərənin paytaxtı Londonda isə 2 polisə bıçaqla hücum edilib. Hadisə nəticəsində polislər yaralanıb.
Hücumların terror aktı olub-olmaması barədə hələlik heç bir məlumat verilmir. Lakin son aylarda Avropanın müxtəlif şəhərlərində təşkil edilən bu tip hücumlar əsasən terror məqsədilə edildiyi üçün cinayət hadisəsinin terakt olduğu ehtimal edilir.
Şərhlər