Almanlar get-gedə qocalır

30.07.2015 13:35     Dünyadan reaksiya     2315

Çalışan yaşlı almanların sayı gedərək artır. Almaniyada 65 yaşdan yuxarı işçilərin sayı son on ildə iki qatından çox artıb.

Reaksiya.az saytı Almaniya Federal Statistika Dairəsinin saytına istinadən bildirir ki, keçən il yaşları 65 ilə 69 arasındakı işçilərin sayının 14% yüksəlib. 2005-ci ildə bu faiz ancaq 6% olaraq təyin olunmuşdu. Federal Statistika Dairəsinin başçısı Roderich Egeler, qısa bir müddətdə çalışan yaşlı sayının iki mislindən daha çox artdığını söyləyib.

Çalışan yaşlıların sayının artmasıyla birlikdə, öz başına yaşayan yaşlıların sayı da artıb. Keçən il yaşları 65 ilə 69 arasındakı işçilərin 39% - u öz başına yaşayır, ya da ailəsinə yardım olan biri olaraq yaşayır. Yaşları 60 ilə 64 arasında olanlar arasında bu vəziyyətdə olanların nisbəti isə 16% - dir.

2013-ci ilin sonunun məlumatlarına görə Almaniyada 81 milyon adamdan təxminən 17 milyonu 65 yaşın üstündə idi. Statistikaçılar 2016 – cı ildə yaşlı əhalinin 21% - dən 33% - ə yüksələcəyini təxmin edirlər.

Şərhlər