Polşa ilə Fransa arasında gərginlik artır - - VARŞAVA PARİSƏ NOTA VERDİ

26.08.2017 13:22     Dünyadan reaksiya     1761

Rəsmi Varşava Fransa Prezidenti Emmanuel Makronun Polşa ilə bağlı açıqlamasına cavab verib.

Reaksiya.az publika.az-a istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Fransaya nota göndərib.

Nazirlik Fransanın Varşavadakı səfirliyinin məsləhətçisini görüşə çağırıb. Polşa prezidentinin sözçüsü Marek Megierovski məsləhətçiyə prezident E.Makronun kinayəli sözləri səbəbilə Polşa hökumətinin narahatlığı və məmnuniyyətsizliyini çatdırıb.

Qeyd edək ki, Emmanuel Makron Bolqarıstana ziyarəti çərçivəsində Varşava hökumətinin Avropadan uzaqlaşdığını kinayəli bir şəkildə açıqlamışdı. Polşanın baş naziri Bita Sizidlo isə buna cavab olaraq Makronun kinayəli açıqlamalarını siyasətdəki təcrübəsizliyi kimi dəyərləndirmişdi:

“Makronun kinayəli sözləri onun siyasət sahəsində təcrübəsiz olduğunu ortaya qoydu. Hörmətli prezidentə diqqətini öz ölkəsinə yönəltməyi tövsiyə edirəm. Bəlkə o zaman Polşanın vətəndaşlarına təqdim etdiyi iqtisadi və təhlükəsizlik səviyyəsini o da öz vətəndaşlarına təqdim edə bilər”.

Reaksiya.az

Şərhlər