“Xarvi” qasırğası Texasda iki nəfərin ölümünə səbəb olub
27.08.2017 12:32 Dünyadan reaksiya 1561
ABŞ-ın Arkanzas ştatında tüğyan edən “Xarvi” qasırğasının qurbanlarının sayı artmaqdadır.
TASS informasiya agentliyinin yaydığı xəbərə görə, qasırğa Texas ştatında da iki nəfərin ölümünə səbəb olub.
Məlumata görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.
Hazırda “Xarvi” qasırğasının səngiyərək ən aşağı həddə çatdığı bildirilir.
Şərhlər