"Hizbullah" və Suriya ordusu İŞİD-ə qarşı Livanla sərhəddə hücumu dayandırıblar
27.08.2017 13:01 Dünyadan reaksiya 1583
Livanın "Hizbullah" hərəkatı və Suriya ordusu "İslam dövləti" terrorçu qruplaşmasına qarşı Livanla sərhəddə hücumun dayandırılmasını elan ediblər.
Bu haqda Reyter agentliyi xəbər verir.
"Əl Manar" telekanalının məlumatına görə, atəşkəs Bakı vaxtı ilə saat 08.00-da qüvvəyə minir.
Atəşkəsin məqsədi terrorçular tərəfindən əsir götürülən Livan əsgərlərin taleyinə aydınlıq gətirməkdir.
Şərhlər