Nazarbayev: “Prezidentin səlahiyyətləri azaldılsın”

04.06.2015 12:22     Dünyadan reaksiya     975

Qazaxıstan prezidenti Nusrultan Nazarbayev, prezidentin səlahiyyətlərinin azaldılaraq hökumət və parlamentin rolunun artırılması təklifini edib. Nazarbayev bildirib ki, hər halda parlament və hökumətə daha çox səlahiyyət verilməlidir: “Ölkəmizə bu günə kimi  prezident sisteminin tətbiq oldunduğunu bilirsiniz. İqtisadiyyatdakı orta təbəqənin böyüməsini nəzərə alıb prezidentlik sisteminin təsirini azaltmaq və daha çox parlament ilə hökumətə səlahiyyət vermək lazımdır. Gördüyümüz işlər açıq olmalı və bir mövzu dövlət sirri deyilsə xalqın bu məlumatı əldə etmək imkanı olmalıdır. Büdcə ilə bağlı məsələlər qeyri- hökümət təşkilatlarının, xalqın iştirakı ilə parlament sessiyalarında araşdırılmalıdır. Hər altı ayda bir əlaqədar açıqlamalar verilməli, xalqımız məlumatlandırılmalı və onların suallarına cavab verilməlidir”. 

Şərhlər

Çox oxunanlar