Gürcüstanda NATO hərbçilərinin iştirakı ilə təlimlər başlayır
03.09.2017 09:51 Dünyadan reaksiya 1709
Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə “Agile Spirit 2017” hərbi təlimlər başlayır. APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.
Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən “Orfolo” poliqonunda “Agile Spirit 2017” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili və müdafiə naziri Levan İsoriya iştirak edəcək.
ABŞ-ın dəniz piyadalarının da qatıldığı “Agile Spirit” təlimləri yeddinci dəfə keçirilir.
Təlimlərin məqsədi gürcü hərbçilərin ABŞ və digər tərəfdaş ölkələrin hərbçiləri ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq, böhran hallara reaksiya verməyə hazır olmaq və NATO-nun çevik qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etmək.
Qeyd edək ki, bu ilki təlimlərdə NATO üzvü və tərəfdaşı olan ölkələr – Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri iştirak edəcək. Qeyd edək ki, artıq 500 amerikalı hərbçi artıq Gürcüstanda səfərdədir.
Şərhlər