Şimali Koreyada yeraltı nüvə sınağın zəlzələyə səbəb oldu
03.09.2017 10:12 Dünyadan reaksiya 1432
ABŞ-ın Geologiya Xidməti Şimali Koreya ərazisində 5,6 bal gücündə zəlzələni qeydə alıb.
"RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Agentliyin qeyd etdiyi kimi, sonuncu yeraltı təkanlar Şimali Koreyanın nüvə silahının sınağını həyata keçirdikdə qeydə alınıb.
Yaponiyanın "NHK" ictimai televiziyası isə KXDR-in 6-cı nüvə sınağını keçirdiyini bildirib. Qeyd olunur ki, 5,6 bal gücündə zəlzələ yeraltı nüvə sınağını göstərir.
Bununla yanaşı, Cənubi Koreya hakimiyyəti də güman edir ki, Pxenyan növbəti nüvə sınağını keçirib.
Şərhlər