Rusiyaya qarşı sanksiyaya tətbiq edən ölkələr hansılardır?

30.07.2015 16:18     Dünyadan reaksiya     2220

Sanksiyalara Avropadan 6 yeni ölkə də qoşulub

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 31 yanvar 2016 – cı il tarixinə kimi uzatma qərarı aldıqdan sonra, digər ölkələrin də sanksiyalara qoşulması üçün əlavə təzyiqlər göstərməyə davam edir. Aİ Xarici Əlaqələr və Təhlükəsizlik siyasətindən məsul yüksək nümayəndəsi Federica Mogherini, 6 ölkənin də əlavə sanksiyalara qoşulmaq qərarı aldığını açıqlayıb.

Reaksiya.az RBC telekanalına istinadən xəbər verir ki, bu ölkələrin siyahısı Aİ – nin rəsmi web səhifəsində dərc olunub. Bu siyahıya görə, Aİ üzvlüyünə namizəd olan Çernoqoriya və Albaniya ilə Ukrayna, İslandiya, Norveç və Lixtenşteyn də Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarıbna gəlib.

Xatırladaq ki, Aİ – nin sanksiyalarına cavab olaraq Rusiya da qida məhsullarındakı emborqonu  2016 – cı ilin avqustuna kimi uzadıb.

Şərhlər