BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar təcili iclas keçirəcək
04.09.2017 09:08 Dünyadan reaksiya 1471
Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar təcili iclas keçirəcək.
RİA Novosti xəbər verir ki, iclasın keçirilməsini ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Haley, habelə onun Yaponiya, Fransa, Böyük Britaniya və Cənubi Koreyadan olan həmkarları tələb ediblər. İclas Moskva vaxtı ilə saat 17:00-da keçiriləcək.
Bundan əvvəl Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını sınaqdan keçirdiyini bəyan edib.(azərtac)
Şərhlər