Buddist zülmündən qaçan müsəlmanlara ilk yardım Türkiyədən gəldi
04.09.2017 13:03 Dünyadan reaksiya 1607
Myanmada buddist zülmündən qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanlara ilk yardım Türkiyədən gəlib. Türkiyənin göndərdiyi ərzaq və geyim İHH (İnsan Hak və Hürriyetleri) Humanitar Yardım Təşkilatı tərəfindən Banqladeşə çatdırılıb.
Yardım Banqladeşdə arakanlı müsəlmanların yerləşdirildiyi kampda paylanıb.
Qeyd edək ki, Türkiyə hökuməti Banqladeşə rəsmi müraciət edərək, arakanlı müsəlmanlara qapılarını açmalarını istəyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib ki, Banqladeş Myanma Ordusunun zülmündən qaçan müsəlmanları qəbul etsə, Türkiyə hökuməti onların bütün xərclərini qarşılayacaq.
Məlumat üçün bildirək ki, Myanma əhalisinin 83 faizi buddistlərdir. Onların əksəriyyəti, eyni zamanda şanlar, monlar, karenlərin çoxu, kaya, palaun, kaçinlərin bir hissəsi, çinlər və digərləri buddistdirlər. Burda yaşayan müsəlmanlar tez-tez buddistlər tərəfindən qətlə yetirilirlər. Təkcə ötən həftə üç gün içində 3 mindən çox arakanlı müsəlman qətlə yetirilib.
Şərhlər