Amerikalı aktyorlardan İran razılaşmasına dəstək - VİDEO

30.07.2015 18:16     Dünyadan reaksiya     2401

Amerikalı aktyorlar Morgan Freeman və Jack Black, Amerika xalqına “P5 + 1 ölkələrinin İranla əldə etdiyi nüvə razılaşmanın Konqres tərəfindən sabotaj edilməsinə” icazə verməmələri üçün çağırış edib.

Reaksiya.az xəbər verir ki, nüvə silahların yayılmaması üçün çalışan “Global Zero” təşkilatı tərəfindən hazırlanan videoda keşmiş CİA agenti Valerie Plame, İordaniya Kraliçası Nur və təqaüdçü səfir Tomas Pickering də iştirak ediblər.

Videoda yer alan şəxslər İranla razılaşmanın Konqresdə təsdiq olunmayacağı təqdirdə “Tehrana nüvə bomba hazırlamaqdan heç bir qüvvənin saxlaya bilməyəcəyini” və bunun da “yeni bir müharibə” və “ölüm” mənasına gələcəyini bildirirlər.

İran və P5 + 1 ölkələrinin 14 iyulda əldə etdiyi sonuncu razılaşma ABŞ Konqresində sentyabrda səsverməyə qoyulacaq. ABŞ prezidenti Barak Obama da daha əvvəl Konqresin müqaviləni “rədd etməsinə” icazə verməyəcəyini bildirmişdi.

Şərhlər