Rusiya Yaxın Şərqdəki terrorun iç üzünü açdı - SDG/PYD/PKK yaraqlıları Deyr-əz-Zorda İŞİD-lə birləşirlər
21.09.2017 17:12 Dünyadan reaksiya 1550
Bir mərkəzdən idarə olunan vəhabi-kürd terror tamaşası
Reaksiya.az hürriyyətə istinadən xəbər verir ki, Rusiya hərbçiləri Suriya Demokratik Qüvvələri (türkcə SDG/PYD/PKK – red.) yaraqlılarının Rakka ətrafından Deyr-əz-Zor əyalətinin şimal rayonlarına keçməsini qeydə alıblar. Məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov verib.
O deyib: “Diqqətə çatdırmaq istəyirəm ki, Deyr-əz-Zora şimaldan yaxınlaşan SDG yaraqlıları maneəsiz olaraq, İŞİD terrorçularının hərbi sıralarına qoşulurlar. Rusiyanın pilotsuz müşahidə vasitələri və kəşfiyyatı həftə ərzində İŞİD ilə SDG qüvvələri arasında heç bir toqquşma qeydə almayıblar”.
Konaşenkovun sözlərinə görə, Deyr-əz-Zor ərazisinin artıq 85 faizindən çoxu Suriya hökumət qüvvələrinin nəzarəti altındadır. O deyib: “Yaxın günlərdə şəhər tamamilə azad ediləcək”.
Çərşənbə axşamı RF MN bildirmişdi ki, Suriya qoşunları Deyr-əz-Zora şimaldan hücum eləməyə başlayıblar – SDG qrulaşmaları və ABŞ xüsusi əməliyyat qüvvələrinin bölmələri də burada yerləşirdilər.
Sentyabrın 5-də Suriya ordusu İŞİD-in əlində olan Deyr-əz-Zorun üç ildən artıq davam edən mühasirəsini yara biliblər. Bazar ertəsi günü hökumət qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Deyr-əz-Zor rayonundakı yaraqlıları bir sıra yaşayış məntəqələrindən çıxara biliblər.
SDG-nin ərəb-kürd birləşmələri və ABŞ-ın başında durduğu koalisiya qüvvələri isə Rakka şəhərindəki İŞİD terrorçularına hücumlar edirlər.
Şərhlər