ABŞ qırıcıları Baltik və Norveç dənizi üzərində Rusiya bombardman təyyarələrini müşayiət etdi

21.09.2017 17:38     Dünyadan reaksiya     1940

Rusiya Müdafiə Nazirliyi dünən Baltik və Norveç dənizi üzərində uçuş həyata keçirən Tu-22M3 tipli uzun mənzilli bombardman təyyarələrinə ABŞ, Belçika, Finlandiya və İsveç təyyarələrini müşayiət etdiyini açıqlayıb.

Tu-22M3 təyyarələrinin Baltik və Norveç dənizi üzərindəki beynəlxalq hava sularında planlı uçuş apardığını bildirən nazirlik təlim uçuşlarının 2017-ci il yay təlim dövründəki hərbi hazırlıq tədbirləri planına uyğun olaraq həyata keçirildiyini qeyd edib.

Baltik dənizi üzərindəki marşrutun müxtəlif mərhələlərində ABŞ, Belçika, Finlandiya və İsveç təyyarələrinin bir neçə Rusiya təyyarəsini 70 dəqiqə müşayiət etdiyini bildirən nazirlik ABŞ-a aid F-16-ların da Norveç dənizi üzərində Tu-22M3 təyyarələrini 27 dəqiqə müddətlə müşayiət etdiyini vurğulayıb.

Müdafiə Nazirliyi Tu-22M3-lərin uçuşu digər ölkələrin hava məkanını pozmadan beynəlxalq hava məkanı istifadə qaydalarına uyğun olaraq keçirdiyini də bildirib. (sputnik)

Reaksiya.az

Şərhlər