Pentaqon rəhbəri və NATO baş katibi Əfqanıstana səfər ediblər

27.09.2017 12:09     Dünyadan reaksiya     1186

Pentaqon rəhbəri Ceyms Mettis və NATO baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli televiziya kanalı C.Mettisin ABŞ-ın strategiyasının elan edilməsindən sonra Əfqanıstana gələn Birləşmiş Ştatlar prezidenti Donald Trampın Nazirlər Kabinetinin ilk üzvü olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Birləşmiş Ştatların Əfqanıstandakı qoşunlarının üç mindən artıq hərbi qulluqçu ilə artırılacağını, onların ümumi sayının 14 min nəfərdən çox olacağını bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar