Şimali Koreya lideri dünyanı fəlakətə sürükləyir

28.09.2017 11:14     Dünyadan reaksiya     1448

Bir qrup alim Şimali Koreyanın Sakit okeanda keçirəcəyi hidrogen bombası sınağının törədə biləcəyi fəsadlara dair araşdırma aparıb. Bu barədə metbuat.az məlumat yayıb.

Elm adamları partlayış nəticəsində ilk növbədə hündürlüyü bir neçə metrə çatan dalğaların yaranacağını ehtimal edir. Test nəticəsində atmosfera böyük miqdarda buxar və zərərli qazın qarışacağı güman edilir.

Yaranacaq radiasiya yaxınlıqdakı bütün canlıları məhv edəcək.

Məsəl üçün 1946-cı ildə müvə sınağı zamanı dənizdə 38 min ölü balıq tapıldı. Radiasiya okean suları vasitəsiylə bütün dünyaya yayıla bilər ki, bu da təhlükənin miqyasından xəbər verir. Əlavə edək ki, Şimali Koreya yaxın günlərdə hidrogen bombasını test edəcəyini açıqlayıb.

Qeyd edək ki, Pxenyan bundan əvvəl təşkil etdiyi sınağın videogörüntülərini yaymışdı.

Reaksiya.az

Şərhlər