Rusiya yeni dəhşətli silah hazırlayır

28.09.2017 12:37     Dünyadan reaksiya     1392

Rusiyada yeni radioelektron hərbi sursatlar hazırlanır.

Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya “Radioelektron Texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev söyləyib. Onun sözlərinə görə, bu hərbi sursatlar super yüksək tezlikli impuls vasitəsilə düşmənin texnikasını sıradan çıxarmaq gücündə olacaq.

O, radioelektron hərbi sursatlarla bağlı işin tam məxfi qrifi altında aparıldığını bildirib:

“2011-2012-ci illərdə “Alabuqa” adı altında elmi tədqiqatlar aparıb və nəticədə gələcək radioelektron silahın inkişaf istiqamətləri müəyyənləşdirilib. Bu istiqamətdə işlər artıq ABŞ və Çində də aparılır”.(axar.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar