Kataloniya referendumundan AVROYA BÖYÜK ZƏRBƏ
02.10.2017 12:03 Dünyadan reaksiya 1465
Bazar ertəsi avronun məzənnəsi Asiya Ticarət sessiyasının gedişatında zəiflədi, dollar isə Kataloniyanın müstəqilliyi uğrunda referendumun nəticələrinin fonunda möhkəmləndi.
Lakin bunun uzun sürməyəcəyi proqnozlaşdırılır, çünki bu həftə Çin bazarlarının bayramlara bağlanacağı üçün Asiyada ticarətin həcmi azaldılacaq.
İspaniyadan Kataloniyanın ayrılmasına dair bazar günü baş tutan referendumda ayrılmanın lehinə 90% səs verilib. Bu haqda muxtar cəmiyyətin rəsmi nümayəndəsi Jordi Turul bildirib. İspaniya hakimiyyəti isə referendumu tanımayıb.
Bu çaxnaşmaların fonunda avro dollara nisbətdə 0.36% dəyər itirərək 1.1775-ə qədər zəiflədi.(publika)
Şərhlər