Rusiya Qırğızıstan ərazisində daha bir hərbi baza yaradılması ilə bağlı danışıqlar aparır
02.10.2017 12:23 Dünyadan reaksiya 1359
Rusiya Qırğızıstan ərazisində ikinci hərbi bazanın yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri Sapar İsakov bildirib.
"Bu məsələ ilə əlaqədar müvafiq nazirlik səviyyəsində məsləhətləşmələr keçirilib. Qırğız Respublikası yalnız ölkədə yox, həm də ümumilikdə regionda təhlükəsizliyin təmin edilməsi üçün ölkənin cənubunda hərbi bazanın yerləşdirilməsinin zəruri olduğunu hesab edir", - S.İsakov deyib.
O, hazırda bu məsələ ilə bağlı yekun qərar qəbul olunmadığını da sözlərinə əlavə edib.
Şərhlər