Türkiyə gözlənilmədən Şimali İraqda əməliyyata başladı

02.10.2017 12:32     Dünyadan reaksiya     1302

Gecədən başlayan bombardman nəticəsində onlarla terrorçu məhv edilib, sığınacaq və silah-sursat anbarları dağıdılıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Zap bölgəsinə havadan hərbi əməliyyat başladıb.
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

"Əməliyyat PKK terror təşkilatının sığınacaqlarını və silah anbarlarını məhv etmək üçün keçirilir" — ordudan bildirilib.

Məlumata görə, gecədən başlayan bombardman nəticəsində onlarla terrorçu məhv edilib, sığınacaq və silah-sursat anbarları dağıdılıb.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar