ABŞ: Las Vegas hücumunda ən azı 20 ölü, 100 yaralı

02.10.2017 14:03     Dünyadan reaksiya     1316

Las Vegasda keçirilən bir konsertdə açılan atəş nəticəsində azı 20 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Silahlı, Mandalay Bay otelinin 32-ci mərtəbəsindən atəş açaraq otelin önündə, açıq havada keçirilən kantri musiqi festivalına gələnləri hədəf alıb, polis bildirib.

Yüzlərlə insan qaçaraq ərazini tərk edib. Sosial media şəbəkələrində paylaşılan videolarda davamlı avtomat atəşi səslərini eşitmək mümkündür.

Polis şübhəlinin yerli sakin olduğunu və güllələnərək öldürüldüyünü deyib. Las Vegasın kazinolarla dolu məşhur Las Vegas Strip küçəsində başqa bir hadisənin də baş verdiyi barədə xəbərlər var.

Silahlı polislər hadisə yerində bir çox ərazini bağlayıb.

Hücum yerli vaxtla saat 22:30-da baş verib. Şahidlər yüzlərlə güllənin atıldığını deyir.

Las Vegas McCarran hava limanından yollananan bəzi aviareyslər digər hava limanlarına yönəldilib.

Reaksiya.az

Şərhlər