İŞİD Las-Veqasdakı atışmaya görə məsuliyyəti üzərinə götürdü

02.10.2017 20:30     Dünyadan reaksiya     1477

İŞİD ABŞ-ın Las-Veqas şəhərində atışmaya görə məsuliyyəti üzərinə götürüb.

bu barədə “Reuters” məlumat yayıb. Terror təşkilatı bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncəİslamı qəbul edib.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb.

Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb.

Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. 

Reaksiya.az

Şərhlər