300-dən çox terrorçu öldürülüb

03.10.2017 10:38     Dünyadan reaksiya     1386

Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində Suriyada Fərat çayının şərq sahillərində 300-dən çox terrorçu öldürülüb.

 Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov informasiya verib.

“Son 2 gün ərzində Rusiya aviasiyası Fərat çayının şərq sahillərində terrorçuların məhv edilməsi sahəsində əməliyyatları davam etdirib. Bu müddət ərzində 304 terrorçu məhv edilib, daha 170-i isə ağır yaralanıb”, - general deyib.

Reaksiya.az

Şərhlər