Bərzanidən “müharibəyə hazırıq” mesajı və Ərdoğana - Sərt cavab

03.10.2017 10:50     Dünyadan reaksiya     1581

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani İraq hökumətinin vəzifədən uzaqlaşdırdığı Kərkük valisi Nəcməddin Kərimini ziyarət edib

Teleqraf.com  xarici mediaya istinadla xəbər verir ki, ziyarət sentyabrın 25-də keçirilən qondarma referendumdan sonra silahlı qüvvələr komandirlərinin Kərkükdəki toplantısından sonra baş tutub.

Kərimi ilə görüşündə Bərzani “Müharibəyə hazırıq” mesajını verib.

Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə də cavab verib:

“Ərdoğan Kərkük tarixində olmadığımızı deyir. Kərkük bizimdir”.

Reaksiya.az

Şərhlər