ABŞ daha bir ölkənin diplomatlarını qovur
03.10.2017 12:21 Dünyadan reaksiya 1278
Vaşinqton rəhbərliyi Kuba diplomatlarını ABŞ-dan çıxarmağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi məlumat yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb Kubadakı amerikalı diplomatlara qarşı edilən və onların eşitmə qabiliyyətinin itirilməsinə səbəb olan hücumdur.
Bildirilib ki, ABŞ bununla bağlı Kubaya müraciət edib. Müraciətdə diplomatların 60 faizinin ABŞ-dan çıxarılması tələb edilib.
Qeyd edək ki, ABŞ bir müddət öncə rusiyalı diplomatları ölkədən qovacağını açıqlamışdı.
Şərhlər