“Türkiyə-İraq sərhədinə Bağdad hökuməti nəzarət etməlidir” – Mövlud Çavuşoğlu

03.10.2017 15:37     Dünyadan reaksiya     1354

Türkiyə xarici işlər naziri İraq Regional Kürd Hökumətinin keçirdiyi müstəqillik referendumla bağlı danışıb.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyə-İraq sərhədindəki sərhəd-keçid məntəqələrinin Bağdad hökumətinin nəzarətin altından olmalı olduğunu deyib:

“Ovacık Qapısının açılması texniki olaraq mümkündür, amma sərhədin digər tərəfindəki koridoru kim formalaşdıracaq, təhlükəsizliyi kim təmin edəcək. Təbii ki, İraq hökumətinin etməsi lazımdır”.

Çavuşoğlu hələ hər şeyin bitmədiyini, Bərzani hökumətinin səhvini düzəldə biləcəyini bildirib:

“Hələ ki, iş-işdən keçməyib, Bərzani hökuməti addım ata bilər. Bu səhvdən dönərlərsə, münasibətlərimizi davam etdirərik. Keçmişdə necə davrandıqsa, yenə elə davranarıq”.

Reaksiya.az

Şərhlər