Şimali Koreyanın Seul və Tokio şəhərlərinə nüvə zərbəsindən 2 milyondan çox insan zərər çəkəçək
05.10.2017 11:52 Dünyadan reaksiya 1427
Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı bildirilir.
Koreya Xalq Demokratik Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış “38 North” təşkilatı belə qənaətə gəlib.
Ekspertlərin qiymətləndirmələri ona əsaslanır ki, Pxenyan ballistik raketlər üçün 25 nüvə başlığına malikdir və onları Cənubi Koreya və Yaponiyaya qarşı istifadə edəcək. Eyni zamanda, döyüş başlıqlarının gücü də müəyyən edilib - 15-dən 250 kilotona qədər. Hesablamalara görə, bir dəfəyə 2.1 milyon insan həlak olacaq və 7.7 milyon insan müxtəlif növ şikəstlik alacaq.
Sentyabrda Amerika hərbi analitikləri hesabladılar ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında silahlı konfliktin yaranması halında, hər gün Cənubi Koreyada təxminən 20 min dinc sakin həlak olacaq. "Həddən artıq çox amerikalı hesab edir ki, Şimali Koreya ilə müharibə İraqa, Əfqanıstana və ya Liviyaya müdaxiləyə bənzəyəcək. Lakin bu, tamamilə yanlış fikirdir! Hər şey başqa cür olacaq", - 4 il Cənubi Koreyada xidmət etmiş general Rob Givens mətbuata bildirib.
Bütün analizləri təsdiqləyərək, 26 sentyabrda amerika generalı Cozef Danford bildirmişdi ki, Şimali Koreya nüvə döyüş başlıqları ilə qitələrarası ballistik raketlərə malikdir və onları ABŞ-a zərbə endirmək üçün hazır saxlayır. Onun fikrinə görə, Koreya Xalq Demokratik Respublikası hazırda Birləşmiş Ştatlar üçün ən böyük təhlükə hesab olunur.(publika.az)
Şərhlər