"ABŞ İŞİD-ə kəşfiyyat məlumatı ötürür"
05.10.2017 11:58 Dünyadan reaksiya 1452
Rusiya müdafiə nazirliyinin mətbuat kaibi İqor Konaşenkov ABŞ-ı İŞİD-ə kəşfiyyat məlumatı ötürməkdə ittiham edib.
Reaksiya.az ölkə.az-a istinadən xəbər verir ki, ittihama əsasən, Suriyada ABŞ-ın nəzarəti altında olan ərazilərdən Suriya ordusuna hücum edən İŞİD hökumət ordusunun mövqeləri ilə bağlı kəşfiyyat materiallarını amerikalılardan əldə edə bilər.
Hücum zamanı terrorçular hökumət qüvvələrinin gizli yerlərini dəqiq biliblər və zərbə endiriblər. Konaşenkov bildirir ki, terrorçular bu məlumatları ancaq hava kəşfiyyatı sayəsində əldə edə bilərdilər. Bu məlumatlar onlara sabotaj üçün verilib.
Şərhlər